Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Biz qardaşlığımızla güclüyük

0

  • Min illik Azərbaycan tarixinin qürurverici, zəfər müjdəli aylarını, günlərini yaşayırıq. 30 il düşmən işğalında qalan, 44 günlük, ildırımsürətli döyüş səhnələrini gözlərimiz önündə canlandırdıqda Azərbaycan oğullarının igidliklərini görəndə Azərbaycan adına fəxr duyduq. Düşməndən alınan qisas​ ​Qarabağda - Xocalıda, Kəlbəcərdə şəhid olmuş minlərlə oğul analarına təsəlli ərməğanı oldu. Bu tarixi qələbəmizdə əvvəldən sonuna yanımızda olub haqlı davamıza dəstək olan bütün dövlətlər, xüsusən qardaş Türkiyənin, onun cəsarətli Prezidenti Rəcəb Tayyib Ərdoğanı sayğı və məhəbbətlə yada salırıq, ona sevgi və məhəbbətimizi ifadə edirik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 2020-ci ilin 27 sentyabrında​ ​başlayan, 2020-​​ci ilin 10 noyabrında zəfərlə başa çatan II Qarabağ savaşı tarixi bir qələbə oldu. Düşməni ağır məğlubiyyətlə üz-üzə qoyaraq kapitulyasiya aktına imza atmağına məcbur edildi. Tarixi Azərbaycan torpaqları "Dəmir yumruq"la geri alındı, əsil sahiblərinə qaytarıldı. Təbii ki, hər qarış torpağımız bizim üçün doğma və əzizdir. Lakin 8 Noyabr 2020 - ci il Şuşanın düşməndən azad edilməsi bizi daha çox sevindirdi. O gün bir millət sevinc göz yaşlarını saxlaya bilmədi. Ali Baş Komandan Cənab İlham Əliyevin : Əziz Şuşa, sən azadsan! Biz səni dirçəldəcəyik!​ ​nidasını eşidənlər nə qədər xoşbəxtdir! Bəli Şuşa bu Vətən üçün namus və qeyrət məsələsi idi. Biz qırılmış qürurumuzu Şuşa ilə geri aldıq. Eşq olsun Azərbaycan xalqına, onun qəhrəman oğullarına və Ali Baş Komandanına! Əvvəl dediyimiz kimi, bu tarixi zəfərdə hər an yanımızda olan qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini hiss etdik. Bu günlərdə isə 10 Noyabr qələbəsinə bərabər daha bir zəfər himninin şahidi olduq. 15 iyun 2021-ci il tarixində qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti, dəyərli dövlət və millət adamı, yenilməz komutan, cəsarəti və siyasi iradəsi ilə düşmənlərini belə gərginlikdə saxlayan Rəcəb Tayyib Ərdoğanın Şuşaya tarixi səfəri, orada Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birgə görüntüləri sübut etdi ki, bu xalqları və dövlətləri kimsə ayrı təsəvvür etməsin. Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı əbədi və dönməzdir. Şuşa səfəri sonunda "Şuşa bəyannəməsi"nin qəbulu isə bir siyasi - tarixi zəfər sayılmalıdır. Bu "Bəyannamə"nin siyasi tərəfi geniş mövzudur və hələ illərlə qürur duyacağıq. Şuşa səfərinin ertəsi gün hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində olaraq Millət vəkilləri ilə görüşdü. Onun Azərbaycan Parlamentindəki çıxışı yüzilliyin çıxışı idi. Parlamentarilərə söylədiyi sözlər bütün türk dünyasına söyləniləcək fikirlərdir. Keçmişi xatırlamağın faydasını bildiyindəndir ki, böyük siyasətçi xalqlarımızın çətin günlərdə düşmənə qarşı birliyini dilə gətirdı. Çanaqqala savaşından Bakının erməni - bolşevik güclərindən azad edilməsinə qədərki tarixi bir tarixçi kimi, Nizamidən Mövlanaya, Əhməd Cavaddan Bəxtiyar Vahabzadəyə qədər bir ədəbiyyat bilicisi kimi söz açdı və bunlar təsadüfi deyildi. Bunlar eyni milli dəyərlər idi və o bunları bir daha xatırlatdı. Bəli, biz dostluğumuza, qardaşlığımızla güclüyük. Var olsun Azərbaycan - Türkiyə qardaşlığı! Var olsun ay - ulduzu bayraqlarımız! Güc birlik və həmrəylikdədir. Birliyimiz daim olsun.Rövşən Atakişiyev,Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib41 dəfə
    Biz qardaşlığımızla güclüyük

    Maraqlı gələ bilər
    34
    42
    46
    105